“İranın Azərbaycana və Türkiyəyə hücumları əks effekt verir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Fox News-a müsahibəsində bildirib.
"İranın xaos yaratmaq, hər tərəfə atəş açmaq, Fars körfəzindəki qonşularına, hətta Türkiyə və Azərbaycan kimi ölkələrə zərbə vurmaq strategiyası əslində əks effekt verir", - deyə o qeyd edib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı və Türkiyəni də əhatə edib.
Bizim.Media