XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat diqqət mərkəzində - FOTO/VİDEO

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzusunda paneldə dünya siyasətçiləri və ekspertlər BMT sisteminin çağırışlara cavab verə bilməsi və effektivliyinin artırılması üçün aparılacaq islahatları müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, beynəlxalq vəziyyət əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib və problemlər artıb.

Onun sözlərinə görə, BMT-nin daimi üzvlərinə yönələn tənqidlər güclənir, çünki bəzi hallarda onlar bitərəf qalmaq əvəzinə münaqişələrin tərəfinə çevrilirlər.

Bu isə dünyada qarşıdurmaların artmasına səbəb olan amillərdən biridir. Binəli Yıldırım BMT-nin uzun illər uğurla fəaliyyət göstərdiyini, lakin son dövrdə əvvəlki effektivliyinin hiss olunmadığını və buna görə də təşkilatda əsaslı islahatların zəruri olduğunu vurğulayıb.
 

BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib ki, BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir. Onun sözlərinə görə, bu müxtəliflik zəiflik deyil, gücün əksidir, lakin effektiv koordinasiya olmadan təkrarçılıq və səmərəsizlik riski yaranır.


Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır bildirib ki, BMT-nin tarixi təkamülü və Təhlükəsizlik Şurasındakı veto hüququ qlobal güclərin maraqları çərçivəsində formalaşıb. Aparıcı güclərin imtiyazlarını qorumağa meyilli olması səbəbindən yaxın gələcəkdə köklü islahatlar çətin görünür.

Slovakiyanın sabiq xarici işlər naziri Miroslav Layçak isə bildirib ki, əsas məsələ BMT-nin çağırışlara daha səmərəli cavab verməsi üçün gündəliyin düzgün müəyyən olunmasıdır. Layçak sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları sahələrində üzv dövlətlərin gələcək problemlərə diqqət yetirməsinin vacibliyini qeyd edib.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibinin müavini Pedro Manuel Morenonun fikrincə, BMT sistemində islahatlar yalnız texniki deyil, strateji zərurətdir.

Belə ki, təşkilatın effektivliyini artırmaq üçün mandatların və strukturun yenidən qiymətləndirilməsi vacibdir. Moreno əlavə edib ki, resurslar azalıb və 2030-cu ilə qədər resursların 2024-cü ilə nisbətən 35 faiz azalacağı gözlənilir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas isə BMT sistemində süni intellekt (AI) sahəsində qlobal əməkdaşlıq və vahid yanaşmanın təmin edilməsinin təşkilatın effektivliyi üçün əsas olduğunu bildirib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mingəçevirdə evdən qadın meyiti TAPILDI

Mingəçevirdə evdən qadın meyiti TAPILDI

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat diqqət mərkəzində - FOTO/VİDEO

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat diqqət mərkəzində - FOTO/VİDEO

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

7 gün 30 növ tərəvəz yeyin, iltihabdan XİLAS OLUN

7 gün 30 növ tərəvəz yeyin, iltihabdan XİLAS OLUN

Ağır yol qəzasında həlak olan müğənninin son görüntüsü yayıldı - FOTO

Ağır yol qəzasında həlak olan müğənninin son görüntüsü yayıldı - FOTO

Mbappe sıraya dönür, Bellinqem hələ də ZƏDƏLİDİR

Mbappe sıraya dönür, Bellinqem hələ də ZƏDƏLİDİR

Ərdoğan BMT-nin Baş katibinə Beynəlxalq Atatürk Sülh Mükafatını TƏQDİM ETDİ

Ərdoğan BMT-nin Baş katibinə Beynəlxalq Atatürk Sülh Mükafatını TƏQDİM ETDİ

Nicat Bakıda saxlanılan özbək “həkim”i parodiya etdi - VİDEO

Nicat Bakıda saxlanılan özbək “həkim”i parodiya etdi - VİDEO

İsveçrənin xarici işlər naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

İsveçrənin xarici işlər naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Çempionlar Liqasının favorit klubu hansıdır?

Çempionlar Liqasının favorit klubu hansıdır?

“Əl enerjisi” ilə müalicə adı altında saxlanılan özbəyə otağı kirəyə verən şəxs DANIŞDI - VİDEO

“Əl enerjisi” ilə müalicə adı altında saxlanılan özbəyə otağı kirəyə verən şəxs DANIŞDI - VİDEO

Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən YIXILDI

Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən YIXILDI

Model ərindən boşanan Nagehanın bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Model ərindən boşanan Nagehanın bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA reaksiya verdi - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA reaksiya verdi - VİDEO

Ronaldodan iddialı baş məşqçi TƏKLİFİ

Ronaldodan iddialı baş məşqçi TƏKLİFİ

Ramazanın 23-cü GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 23-cü GÜNÜ: İftar və imsak vaxtları, günün duası

İsrail ordusu Livanda “Hizbullah” tunellərini məhv etməyi PLANLAŞDIRIR

İsrail ordusu Livanda “Hizbullah” tunellərini məhv etməyi PLANLAŞDIRIR

Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan ÇIXARILDI

Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan ÇIXARILDI

Ayan efir qadağası ilə bağlı iddiaları ƏLƏ SALDI - VİDEO

Ayan efir qadağası ilə bağlı iddiaları ƏLƏ SALDI - VİDEO

Qadın güləşçimiz AVROPA ÇEMPİONU oldu

Qadın güləşçimiz AVROPA ÇEMPİONU oldu

İsrail ordusu Livanda İran tərəfdarı olan yüksək rütbəli şəxsləri ZƏRƏRSİZLƏŞDİRDİ

İsrail ordusu Livanda İran tərəfdarı olan yüksək rütbəli şəxsləri ZƏRƏRSİZLƏŞDİRDİ

“Atletiko” “Tottenhem”in futbolçusu ilə MARAQLANIR

“Atletiko” “Tottenhem”in futbolçusu ilə MARAQLANIR

Xocavənddə mina hadisəsi baş verib - BİRGƏ MƏLUMAT/YENİLƏNİB

Xocavənddə mina hadisəsi baş verib - BİRGƏ MƏLUMAT/YENİLƏNİB

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO