İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

İraqın ərazi sularında iki neft tankerinə edilən hücumdan sonra ölkənin neft limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, 38 nəfər isə xilas edilib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 

İraq Limanları İdarəsinin rəhbəri Farhan al-Fartousi bildirib ki, Fars körfəzində baş verən hücum nəticəsində iki xarici neft tankerində yanğın baş verib. Xilasedicilər hadisə yerindən 38 ekipaj üzvünü xilas edə bilsələr də, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.


İraq Silahlı Qüvvələrinin Birləşmiş Operativ Komandanlığının sözçüsü, general-leytenant Saad Maan isə hücumun İraqın ərazi sularında baş verdiyini bildirib. Onun sözlərinə görə, bu hadisə ölkənin suverenliyinin pozulması deməkdir və hökumət münaqişənin tərəfinə çevrilməmək üçün bütün səylərini göstərir.

Bu arada İranın dövlət televiziyası gecə saatlarında Fars körfəzində sualtı pilotsuz aparatın iki neft tankerini partlatdığını bildirib.
 

Məlumata görə, yanğın baş verən gəmilər Malta bayrağı altında üzən “Zefyros” və Marşal adaları bayrağı altında üzən “Safesea Vishnu” tankerlarıdır. “Safesea Vishnu” tankerinin qeydiyyatdan keçmiş sahibi ABŞ-ın Safesea Transport Inc. şirkəti, “Zefyros” tankerinin sahibi isə Yunanıstanda yerləşən şirkətdir.


Müşahidə məlumatlarına əsasən, yanğın baş verən zaman hər iki gəmi Fars körfəzində bir-birinə yaxın məsafədə lövbər salmış vəziyyətdə olub. Hadisədən sonra təhlükəsizlik səbəbilə İraqın neft limanlarının işi dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

"Ölmədik, bu günü də gördük"

"Ölmədik, bu günü də gördük"

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

End of content

No more pages to load

RADİO