İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Əsl Vəd-4" əməliyyatının 30-cu dalğasını elan edib.
Bizim.Media İSNA-ya istinadən xəbər verir ki, bu hücumlar İranın yeni Ali Baş Komandanı Müctəba Xameneiyə həsr olunub.
Məlumata görə, ABŞ və İsrail hədəflərinə endirilən zərbələrdə super ağır raketlərdən istifadə edilib.
Qeyd edək ki, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Bizim.Media