Almaları tüpürərək silməsi ilə gündəm olan satıcı danışdı – VİDEO

Salyan rayon bazarında çəkilən və sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Videoda bazarda meyvə satan qadının almanı tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı təmizlədikdən sonra yenidən piştaxtaya qoyduğu əks olunur.

Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın gigiyena qaydalarına zidd olduğunu və alıcıların sağlamlığı üçün risk yarada biləcəyini bildirib.

Məsələ ilə bağlı videoda görünən satıcı – Salyan bazarında uzun illərdir göyərti satışı ilə məşğul olan Xatirə Həşimova Bizim.Media-nın yerli bürosuna danışıb. 

O bildirib ki, almaları satış üçün deyil, nəvələri üçün alıb və çirkli olduğu üçün təmizləmək istəyib.

Bazardakı digər satıcılar isə həmkarlarını müdafiə edərək həmin gün yağan yağışdan sonra məhsulların çirkləndiyini bildiriblər.
 
Ekspertlərin fikrincə isə bu hadisə sadəcə bir satıcının davranışı deyil, gigiyena mədəniyyəti, köhnə məişət vərdişləri və bazar şəraitinin toqquşması kimi qiymətləndirilir. Onlar qeyd edirlər ki, açıq və nizamsız bazarlarda məhsulların yağış, toz və palçıq səbəbindən tez çirklənməsi bu cür hallara təsir göstərir. Buna görə satıcıların gigiyena qaydaları ilə bağlı maarifləndirilməsi və bazarların sanitariya tələblərinə uyğun nizamlanması vacibdir.

Qeyd edək ki, Salyan bazarı şəhərin mərkəz hissəsində yerləşir və bir hissəsi avtovağzal ərazisinə, digər hissəsi isə əsas prospektin yol kənarına qədər uzanır. Bazarın nizamlı infrastrukturu olmayıb, ənənəvi rayon bazarlarına xas olan xaotik ticarət mənzərəsi diqqət çəkir. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gümüş medal qazanan güləşçi: Rusiyalı idmançıdan revanş alacağam

Tokayev: “Ölkəmizdə Prezident seçkiləri 2029-cu ildə keçiriləcək”

Əraqçi: “Xameneinin səhhəti yaxşıdır, İranda parçalanma yoxdur”

Lənkəranda yaşayış evlərini talayan şəxs TUTULDU - FOTO

İsveçrə ABŞ-a “yox” dedi - Hərbi təyyarələri üçün hava məkanını bağladı

“Qalatasaray” “Başakşehir”i məğlub etdi - VİDEO

Bakıda Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti keçirildi - FOTO

Sabahın HAVASI: Güclü külək əsəcək, yağış yağacaq

Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün – Dəhşətli araşdırma

Millimizin üzvü oynadı, komandası məğlub oldu

SENSASİYA: Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb?

Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA

Vuçiçdən İDDİA: Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır

Azərbaycan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib - FOTO

DÇ-2026-da İran yığmasını hansı milli komanda əvəz edə bilər?

Alkis Drakinos: “Cənubi Qafqazda beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləyirik”

Türkiyə Azərbaycana investisiyaları artıracaq - Ata Köseoğlu

Tokio polisi yakuza üzvlərini həbs etdi: 2,7 milyon dollarlıq quldurluq - VİDEO

ŞOK İDDİA: İran Xəzərdən Ukraynaya zərbə endirəcək?

Şimali Koreyada parlament seçkiləri KEÇİRİLİR

Kubada etirazçılar Kommunist Partiyasının binasını dağıtdılar - VİDEO

Polis Zərdabda əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR - FOTO

Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO

End of content

No more pages to load

RADİO