Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə rəsmi qərar verilib.
Məlumata görə, hazırda İran tərəfindən Hava Limanına PUA hücumları davam edir. Dronları zərərsizləşdirmək üçün helikopterlər havaya qaldırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Birləşmiş Əmirliklərinin Dubay şəhərinin Beynəlxalq Hava Limanına İran tərəfindən hücum edilib.Hücum zərbə dronu vasitəsilə reallaşdırılıb. Ölən və yaralananlarla bağlı heç bir məlumat verilməyib.
Xatırladaq ki, son bir neçə gündə Dubay aeroportundan məhdud sayda uçuşlar həyata keçirilirdi.
Bizim.Media