Bu gün səhər saatlarında Birləşmiş Əmirliklərinin Dubay şəhərinin Beynəlxalq Hava Limanına İran tərəfindən hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP nəşri məlumat yayıb.
Hücum zərbə dronu vasitəsilə reallaşdırılıb. Ölən və yaralananlarla bağlı heç bir məlumat verilməyib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media