Psixoloq seansları CİB YANDIRIR: Bir görüş 500 manata qədər - VİDEO

Ölkəmizdə fəaliyyət göstərən psixoloqların seans qiymətləri şok effekti yaradır.

Bizim.Media xəbər verir ki, 1 seansın qiyməti 100-500 manat arasında dəyişir və dəqiqə artdıqca qiymət də artır.

Bəs bu qiymətlərə hansısa formada nəzarət mexanizmi varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Baku TV-yə bildirilib ki, "Psixoloji yardım haqqında" Qanuna əsasən, psixoloji yardım psixoloq və ya klinik psixoloq tərəfindən göstərilə bilər:

"Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumlar tərəfindən həyata keçirilir. Özəl psixoloji mərkəzlərin psixoloji ixtisas üzrə fəaliyyəti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı"na daxil edilmədiyindən bu fəaliyyət növü lisenziyalaşdırılmış tibbi fəaliyyət hesab edilmir və Səhiyyə Nazirliyi tərəfindən birbaşa lisenziya nəzarətinə cəlb olunmur. Özəl sektorda göstərilən psixoloji xidmətlərin qiymətləri tərəflər arasında razılaşma əsasında müəyyən edilir. Dövlət tibb müəssisələrində göstərilən xidmətlərin tarifləri isə müvafiq normativ-hüquqi aktlarla tənzimlənir və dövlət tərəfindən müəyyən olunur".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə ciddi reklam kampaniyaları aparılır:

"İnsanların tələbatının artması qiymət artımına səbəb olub. Təəssüflər olsun ki, psixoloqların göstərdiyi xidmətlər əhalinin cibinə uyğun deyil. Psixoloqlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılmalı və onlara qiymət məhdudiyyəti tətbiq edilməlidir".
 

Eyyub Hüseynov deyir ki, psixoloqların fəaliyyətlərinin keyfiyyəti də narahatedici səviyyədədir. Özlərinə peşə tapa bilməyib kurs oxuyaraq belə ciddi məsuliyyəti üzərinə götürənlər və insanlara zərər verən "psixoloq"lar kifayət qədərdir.


Daha ətraflı süjetdə:                                                                                    


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov

"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov

Ağ Ev: “Yaxın saatlarda ABŞ İran üzərindəki hava məkanına tam nəzarət edəcək”

Ağ Ev: “Yaxın saatlarda ABŞ İran üzərindəki hava məkanına tam nəzarət edəcək”

Pezeşkian: “Xameneinin qətli bütün dünya müsəlmanlarına açıq müharibə elanıdır”

Pezeşkian: “Xameneinin qətli bütün dünya müsəlmanlarına açıq müharibə elanıdır”

Psixoloq seansları CİB YANDIRIR: Bir görüş 500 manata qədər - VİDEO

Psixoloq seansları CİB YANDIRIR: Bir görüş 500 manata qədər - VİDEO

Rəqsanə ağır xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI - VİDEO

Rəqsanə ağır xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI - VİDEO

Ağ Ev: “Elə yerlərdə silahlarımız var ki, dünyada bir çoxları onlardan xəbərsizdir”

Ağ Ev: “Elə yerlərdə silahlarımız var ki, dünyada bir çoxları onlardan xəbərsizdir”

Qrizman MLS klubu ilə danışıqları dayandırdı

Qrizman MLS klubu ilə danışıqları dayandırdı

Binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO

Binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO

İraq zülmətə büründü, ölkədə elektrik enerjisinin verilməsi məhdudlaşdı - VİDEO

İraq zülmətə büründü, ölkədə elektrik enerjisinin verilməsi məhdudlaşdı - VİDEO

Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO

Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO

İranda cihadla bağlı FƏTVA VERİLDİ

İranda cihadla bağlı FƏTVA VERİLDİ

“Həyat yoldaşım şərt qoydu ki, heç kimlə duet oxumayacaqsan” - VİDEO

“Həyat yoldaşım şərt qoydu ki, heç kimlə duet oxumayacaqsan” - VİDEO

Ronaldo ZƏDƏLƏNDİ

Ronaldo ZƏDƏLƏNDİ

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində - FOTO

Ərdoğandan İrana XƏBƏRDARLIQ: “Necə millət olduğumuzu dəfələrlə göstərmişik” - VİDEO

Ərdoğandan İrana XƏBƏRDARLIQ: “Necə millət olduğumuzu dəfələrlə göstərmişik” - VİDEO

Oğlaqlar üçün 2026-cı ilin ULDUZ FALI: Evdə və ailədə fundamental dəyişikliklər

Oğlaqlar üçün 2026-cı ilin ULDUZ FALI: Evdə və ailədə fundamental dəyişikliklər

Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu

Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu

Soydaşlarımızın Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - VİDEO

Soydaşlarımızın Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - VİDEO

Ramazanın 15-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 15-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO

Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına start verildi - FOTO

Ayxan Hacızadə: “Qətərdə olan 200 soydaşımızın xüsusi təyyarə ilə təxliyəsi planlaşdırılır”

Ayxan Hacızadə: “Qətərdə olan 200 soydaşımızın xüsusi təyyarə ilə təxliyəsi planlaşdırılır”

XİN-dən Yaxın Şərq regionunda olan soydaşlarımızın təxliyəsi ilə bağlı AÇIQLAMA

XİN-dən Yaxın Şərq regionunda olan soydaşlarımızın təxliyəsi ilə bağlı AÇIQLAMA

Ermənistan–İran sərhədində yük maşınlarının növbəsi yaranıb - VİDEO

Ermənistan–İran sərhədində yük maşınlarının növbəsi yaranıb - VİDEO

Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər

Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər

End of content

No more pages to load

RADİO