Xəbər verdiyimiz kimi, ABŞ və İsrailin hücumlarından sonra İran bir sıra region ölkələrini hədəf almağa başlayıb. Onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir.
Bizim.Media xəbər verir ki, martın 1-də İran tərəfindən Dubay Hava Limanına zərbələr endirilib.
Hücumlar səbəbindən bütün istiqamətlər üzrə reyslər ləğv olunub. Buna görə də minlərlə insan hava limanında qalıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Bizim.Media