Fransa xarici işlər naziri İranı ciddi güzəştlərə getməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Jan-Noel Barrot hərbi eskalasiyanın mümkün qədər tez dayandırılmalı olduğunu bildirib.
Onun sözlərinə görə, lidersiz qalan İran rejimi hücumları dayandırmalı və ciddi güzəştlərə getməlidir. Barrot münaqişənin siyasi həllinə nail olmaq üçün Tehranın mövqeyində köklü dəyişikliyə ehtiyac olduğunu vurğulayıb.
Bizim.Media