Ballıca sakini: "Atam özü bu günü görməsə də, ruhu buradadır" - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Ballıca kəndinə səfər edilib.

Bizim.Media xəbər verir ki, Ballıca kəndi Xocalı şəhər mərkəzindən təxminən 10 kilometrdən bir qədər artıq məsafədə yerləşir. Ərazi əvvəllər yaylaq kimi istifadə olunub.
 

XIX əsrdən etibarən burada daimi yaşayış formalaşıb, kənd tədricən böyüyüb. İşğaldan əvvəl Ballıcada təxminən 1 100 nəfər əhali yaşayırdı. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan sakinlər bu gün doğma torpaqlarına qayıdaraq yenidən öz evlərində həyat qururlar.


Onlar bildirirlər ki, əvvəllər bir evdə toplaşar, yemək bişirər, çay dəmləyər və saatlarla söhbət edərdilər. İndi isə həmin ənənə yenidən bərpa olunub. Çünki artıq ev də var, ocaq da var, bir araya gəlməyə yer də var.

Ballıca sakinlərindən biri qayıdışın onun üçün mənəvi dəyərini belə ifadə edib:

"Atam özü bu günü görməsə də, ruhu buradadır. Elə sevinirik ki, yenidən öz yurdumuza, öz yerimizə qayıtdıq".

Veriliş çərçivəsində kəndin tarixi və təbiəti ilə bağlı da məlumat verilib. Sakin Teymur müəllim kəndin məşhur Damcılı bulağı haqqında danışıb.

Onun sözlərinə görə, vaxtilə kənddə su xətləri az olduğundan əhali əsasən təbii bulaqlardan istifadə edirdi. Qohum-əqrəba, kənd sakinləri su ehtiyacını məhz bu bulaqdan qarşılayırdı.

Teymur müəllim bildirib ki, Ballıcanın torpağı olduqca münbit olub, burada yetişən meyvə və bitkilər xüsusi dadı ilə seçilib.

Kənddə arıçılıq geniş yayılıb, istehsal olunan bal isə suyun və təbiətin keyfiyyətinə görə xüsusilə dadlı olub.

O, həmçinin qeyd edib ki, Damcılı bulağının suyu yay aylarında da sərin olur. Hətta 40 dərəcə isti havada belə bulağın ətrafında insan sərinlik hiss edir. Damcılayan su mənzərəsi isə kənd sakinləri tərəfindən təbiətin bir möcüzəsi kimi dəyərləndirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Serb diplomatlar İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç

Serb diplomatlar İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç

İran paytaxtında hazırda vəziyyət necədir? - VİDEO

İran paytaxtında hazırda vəziyyət necədir? - VİDEO

İran XİN Xameneinin öldürülməsi ilə bağlı bəyanat yaydı

İran XİN Xameneinin öldürülməsi ilə bağlı bəyanat yaydı

Süni intellekt müharibəyə daxil olur: “Claude” həqiqətən əməliyyatda istifadə olunubmu?

Süni intellekt müharibəyə daxil olur: “Claude” həqiqətən əməliyyatda istifadə olunubmu?

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Xameneini öldürmək üçün görün nədən istifadə OLUNUB

Xameneini öldürmək üçün görün nədən istifadə OLUNUB

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Qumda “qisas bayrağı” qaldırıldı - VİDEO

Qumda “qisas bayrağı” qaldırıldı - VİDEO

İsrail Xameneinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürdü

İsrail Xameneinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürdü

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı VERDİ

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı VERDİ

Xamenei bir dəqiqədən az müddətdə öldürülüb - İsrail Ordusu

Xamenei bir dəqiqədən az müddətdə öldürülüb - İsrail Ordusu

Daha 30 əcnəbi Azərbaycana təxliyə olundu

Daha 30 əcnəbi Azərbaycana təxliyə olundu

İranın F-4 və F-5 qırıcıları belə vuruldu - ANBAAN VİDEO

İranın F-4 və F-5 qırıcıları belə vuruldu - ANBAAN VİDEO

İran həmin ölkələrdən ABŞ bazalarını bağlamağı tələb etdi

İran həmin ölkələrdən ABŞ bazalarını bağlamağı tələb etdi

İran ABŞ və İsrailə cihad elan etdi

İran ABŞ və İsrailə cihad elan etdi

Xamenei belə öldürülüb - DETALLAR

Xamenei belə öldürülüb - DETALLAR

Səbinə Hacıyevaya ağır İTKİ

Səbinə Hacıyevaya ağır İTKİ

Əfqanıstanla Pakistan arasında döyüşlər başladı

Əfqanıstanla Pakistan arasında döyüşlər başladı

Çin, Polşa, Qətər vətəndaşları, BƏƏ diplomatları İrandan Azərbaycana gəldi

Çin, Polşa, Qətər vətəndaşları, BƏƏ diplomatları İrandan Azərbaycana gəldi

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - VİDEO

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib - VİDEO

Çinin 3 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

Çinin 3 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi

Ceyhun Bayramov Abbas Əraqçiyə başsağlığı verdi

Ceyhun Bayramov Abbas Əraqçiyə başsağlığı verdi

Netanyahu: “İranda minlərlə hədəfə zərbələr endirəcəyik” - VİDEO

Netanyahu: “İranda minlərlə hədəfə zərbələr endirəcəyik” - VİDEO

Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

End of content

No more pages to load

RADİO