“Bir dəfə çıxışım zamanı zalda bir qadın xüsusilə bərkdən güldü. Qeyri-ixtiyarı fikrim o gülüşdə qaldı. İkinci və üçüncü çıxışımda da həmin qəhqəhə təkrarlandı. Dördüncü dəfə gülüş səsindən sonra tappıltı eşidildi. Məlum oldu ki, gülən xanım yıxılıb və barmağını sındırıb. Müdaxilə olundu, həkim çağrıldı. Səhəri günü məni polis şöbəsinə çağırdılar. Bəlli oldu ki, həmin qadın məndən şikayətçidir, həm də təzminat istəyir. Səbəb də odur ki, onu çox güldürdüyüm üçün özünü itirib və yıxılıb. Birtəhər danışıb razılığa gəldik”.
Bunu Bizim.Media-ya müsahibəsində Bakı Dövlət Sirkinin bədii rəhbəri, kloun Vüqar Nuxov deyib.
O, əlavə edib ki, kloun maraqlı personaj olsa da, hərdən kədərlənir:
“Çünki tamaşa zamanı bütün aktyorları tamaşaçılar üzdən tanıyır, həyatda rastlaşanda hörmətlə salamlaşırlar. Amma klounu oynayan aktyoru qrimə görə heç kim tanımır. Bu tanınmamaq da bəzən adamı kədərləndirir”.
Bəs, uşaqların sevimlisi olan Vüqar Nuxov bizə daha nələri danışıb?
Daha ətraflı videoda:
Surxay Atakişiyev, Bizim.Media