Nepalda sərnişin avtobusu çaya yuvarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Məlumata görə, Avtobus Pokharadan Katmanduya gedərkən naməlum səbəbdən Trişuli çayına düşüb.
Avtobusda 35-dən çox sərnişin olub. Onlardan 18-i həyatını itirib, digərləri isə xəstəxanaya yerləşdirilib.
Bizim.Media