Son sutka ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı 10 ədəd C-17A Globemaster III tipli hərbi-nəqliyyat təyyarəsi Avropa istiqamətində uçuş həyata keçirib.
Bizim.Media xəbər verir ki, uçuşların böyük hissəsi Texas ştatındakı ən iri ABŞ hərbi bazalarından biri olan Fort-Huddan həyata keçirilib və ehtimal olunur ki, Yaxın Şərqə əlavə hava hücumundan müdafiə (HHM) sistemlərinin göndərilməsi ilə bağlıdır.
Müxtəlif mənbələrin bildirdiyinə görə, təyyarələr mümkün hava-raket zərbəsinə hazırlıq çərçivəsində qırıcılar üçün əlavə döyüş sursatı partiyasını daşıyıb.
İddialara əsasən, söhbət İrana qarşı mümkün əməliyyata hazırlıqdan gedir.
Bizim.Media