Filippinin Maguindanao del Sur əyalətində naməlum şəxslər merin kortejini pusquya salıblar.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Hücum zamanı qumbaraatandan atılan atəş müşayiət avtomobilinə dəyib. İki mühafizəçi yaralanıb, lakin mer zərər görməyib.
Hücum edənlər qaçmağa cəhd etsələr də, təqib zamanı zərərsizləşdiriliblər.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, bu, son beş il ərzində həmin meri hədəf alan üçüncü sui-qəsd cəhdidir.

Bizim.Media