Məşhur məhəllə tarixə qovuşur - VİDEO

Bakının köhnə məhəllələrindən biri olan və sakinlər arasında hələ də "Papanin" adı ilə tanınan ərazi illərdir dəyişməz xatirələri və sürətlə dəyişən reallığı ilə yadda qalır. Küçələri dar, evləri bir-birinə bitişik olan bu məhəllə vaxtilə mehriban qonşuluq münasibətləri, uşaqların küçələrdə oynadığı həyat tərzi ilə seçilib.

Bizim.Media xəbər verir ki, ərazi rəsmi olaraq fərqli ad daşısa da, insanlar onu hələ də köhnə adı ilə - "Papanin" kimi tanıyır və çağırırlar.

Burada doğulub böyüyən sakinlər bildirirlər ki, vaxtilə bu məhəllədə həyat tamam fərqli idi.

"Bizim uşaqlığımız küçələrdə keçib. Oynamadığımız oyun yox idi. Axşam evə gec qayıdardıq, indi isə uşaqlar telefonla böyüyürlər", - deyə sakinlərdən biri xatırlayır.
 

Onların sözlərinə görə, əvvəllər məhəllədə qonşuluq münasibətləri daha səmimi olub. İnsanlar bir-birinə arxa durur, qapılar kilidlənməz, yad adam dərhal diqqət çəkərdi. Geyim, davranış, hörmət anlayışı isə indiki dövrlə müqayisədə tam fərqli idi.


Sakinlər qeyd edirlər ki, "Papanin"in özünəməxsus yazılmamış qanunları olub. Məsələn, əvvəllər məhəllə daxilində etik qaydalara ciddi riayət olunar, kənardan gələnlər yerli adət-ənənələrə hörmətlə yanaşardılar.

Hazırda isə məhəllə planlı söküntü mərhələsindədir. Köhnə evlər bir-bir sökülür, sakinlərin əksəriyyəti köçürülüb. Uzun illər burada yaşayan az sayda ailə isə dar küçələrdə yaşamağın çətinliyindən şikayətlənir.

"Burada yaşamaq çox çətindir. Bir metr enində küçələrdə nə yük daşımaq olur, nə də rahat hərəkət etmək. Qonşular köçüblər, cəmi bir neçə ailə qalmışıq", - deyə sakin bildirib.

Maraqlı məqamlardan biri də budur ki, "Papanin" adının mənşəyi sakinlərin əksəriyyəti üçün naməlumdur.

Onların sözlərinə görə, bu ad nəsildən-nəslə ötürülüb və səbəbi ilə maraqlanan az olub.

Məlumat üçün qeyd edək ki, "Papanin" adı sovet dövründə yaşamış ictimai-siyasi xadim, coğrafiya elmləri doktoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İvan Dmitriyeviç Papaninin adı ilə bağlıdır. Bir vaxtlar paytaxtın Nəsimi rayonunda yerləşən küçələrdən birinə onun adı verilib və zamanla ərazi "Papanin" kimi tanınıb.

Ətraflı Baku TV-nin süjetində 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 yaşlı Ucal üçün GECİKMƏYƏK - Ailənin sizin dəstəyinizə ehtiyacı var - FOTO/VİDEO

6 yaşlı Ucal üçün GECİKMƏYƏK - Ailənin sizin dəstəyinizə ehtiyacı var - FOTO/VİDEO

Kaşuk “Qarabağ”dan GEDƏ BİLƏR

Kaşuk “Qarabağ”dan GEDƏ BİLƏR

Ötən il əlillik təyin olunan şəxslərin sayı açıqlandı – RƏSMİ

Ötən il əlillik təyin olunan şəxslərin sayı açıqlandı – RƏSMİ

Bu hallarda ipoteka ilə alınan ev əldən çıxır - AÇIQLAMA

Bu hallarda ipoteka ilə alınan ev əldən çıxır - AÇIQLAMA

Bakıda təmir sexində güclü YANĞIN: Avtomobil yandı – VİDEO

Bakıda təmir sexində güclü YANĞIN: Avtomobil yandı – VİDEO

Bakı Metropoliteninin zərərlə işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteninin zərərlə işləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA/VİDEO

General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA/VİDEO

Süni intellekt dövrünə HAZIRLIQ – Müəllimlər üçün unikal təlimlər BAŞLADI – VİDEO

Süni intellekt dövrünə HAZIRLIQ – Müəllimlər üçün unikal təlimlər BAŞLADI – VİDEO

Təhsildə çağdaş inkişaf modeli

Təhsildə çağdaş inkişaf modeli

Könül Mehdiyeva təyinat aldı

Könül Mehdiyeva təyinat aldı

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - Kampaniya davam edir

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - Kampaniya davam edir

Bakıda kuryoz OLAY: Oğru yoldaşının evini soydu, hər ikisi də SAXLANILDI – FOTO

Bakıda kuryoz OLAY: Oğru yoldaşının evini soydu, hər ikisi də SAXLANILDI – FOTO

İran etirazlara son qoydu: Minlərlə insanın həyatı əlindən alındı – VİDEO

İran etirazlara son qoydu: Minlərlə insanın həyatı əlindən alındı – VİDEO

“Qarabağ” İngiltərəyə getdi – FOTO/VİDEO

“Qarabağ” İngiltərəyə getdi – FOTO/VİDEO

Tramp senatoru təhqir etdi: “Rədd ol, Ted”

Tramp senatoru təhqir etdi: “Rədd ol, Ted”

Hindistanda yayılan ölümcül virusa Azərbaycanda yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Hindistanda yayılan ölümcül virusa Azərbaycanda yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

İsrailli nazirdən İrana XƏBƏRDARLIQ - VİDEO

İsrailli nazirdən İrana XƏBƏRDARLIQ - VİDEO

Merin kortejinə qumbaraatanla atəş açdılar – 3-cü sui-qəsd - ANBAAN VİDEO

Merin kortejinə qumbaraatanla atəş açdılar – 3-cü sui-qəsd - ANBAAN VİDEO

Məktəblinin repetitor yanında halı pisləşdi - Xəstəxanada dünyasını dəyişdi

Məktəblinin repetitor yanında halı pisləşdi - Xəstəxanada dünyasını dəyişdi

Amnistiya aktının tətbiq olunduğu şəxslərin sayı AÇIQLANDI – RƏSMİ

Amnistiya aktının tətbiq olunduğu şəxslərin sayı AÇIQLANDI – RƏSMİ

Rusiya qoşunları Suriyanı belə tərk edir – VİDEO

Rusiya qoşunları Suriyanı belə tərk edir – VİDEO

Mixael Şumaxerlə bağlı SEVİNDİRİCİ XƏBƏR

Mixael Şumaxerlə bağlı SEVİNDİRİCİ XƏBƏR

ABŞ-ın vitse-prezidenti Cənubi Qafqaz səfəri zamanı Tbilisiyə gedəcəkmi? – Kobaxidzedən AÇIQLAMA

ABŞ-ın vitse-prezidenti Cənubi Qafqaz səfəri zamanı Tbilisiyə gedəcəkmi? – Kobaxidzedən AÇIQLAMA

Nazir İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini AÇIQLADI – VİDEO

Nazir İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini AÇIQLADI – VİDEO

End of content

No more pages to load

RADİO