7 küçədə su və kanalizasiya xətlərinin yeri dəyişdirildi – Üzərində evlər tikilibmiş - FOTO/VİDEO

Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. 

Bizim.Media xəbər verir ki, həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır. 
 

Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə və sakinlərin konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yenisi ilə əvəzlənir.  


Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib.

Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.

Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir. 

Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində, uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib. 

Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14 ədədi tikilib. Eyni zamanda layihə çərçivəsinə 2304 metr abonent xətti çəkilir. 

Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da nəzərdə tutulub. 

Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.  
 

Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan Nərimanov rayonu, Montin yaşayış massivi, Şahin Mustafayev küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə xəttin bərpası mümkün olmayıb.


Bu səbəbdən yeni xəttin çəkilməsi məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.














Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat etdi – FOTO

“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat etdi – FOTO

"Lombard Xəyal" girov qızılları necə yox edib? – DETALLAR

"Lombard Xəyal" girov qızılları necə yox edib? – DETALLAR

Nə sirkə, nə də soda: Krant və tualetlərdəki ərpi birdəfəlik təmizləyən üsul

Nə sirkə, nə də soda: Krant və tualetlərdəki ərpi birdəfəlik təmizləyən üsul

Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar - Nazir

Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar - Nazir

Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU

Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU

Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

Rəqsanə yenidən həbs ediləcək? — Səidə Bəkirqızı məhkəməyə verir

Rəqsanə yenidən həbs ediləcək? — Səidə Bəkirqızı məhkəməyə verir

İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

Məşhur məhəllə tarixə qovuşur - VİDEO

Məşhur məhəllə tarixə qovuşur - VİDEO

DİQQƏT! Bu ərazilərdə su kəsiləcək

DİQQƏT! Bu ərazilərdə su kəsiləcək

Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? – ARAŞDIRMA

Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? – ARAŞDIRMA

Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Paşinyanın musiqi qrupu yanvarın 30-da KONSERT VERƏCƏK - VİDEO

Paşinyanın musiqi qrupu yanvarın 30-da KONSERT VERƏCƏK - VİDEO

ABŞ-da şəxsi təyyarə qəzaya uğradı – 8 nəfərin taleyi bilinmir

ABŞ-da şəxsi təyyarə qəzaya uğradı – 8 nəfərin taleyi bilinmir

Dünya Bankı ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – FOTO

Dünya Bankı ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – FOTO

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

Yeni “Yığ, apar!” lotereyası artıq satışda

Yeni “Yığ, apar!” lotereyası artıq satışda

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO