Zəbt edilən örüş torpaqları, yox olan "KUPÇA": Kürdəmir aqro araşdırma - FOTO/VİDEO

Kürdəmirdə örüş torpaqlaırnda tikinti aparılması ilə bağlı Ajans.az-a müraciət daxil olub. Müraciətdə bildirilir ki, “Kürdəmir Aqro MMC” tərəfindən örüş torpaqları zəbt edilib, qeyri-qanuni olaraq ərazidə tikinti işləri aparılır, qırmızı kitaba düşən yulğun ağaclasrı məhv edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı təyinatlı (örüş, otlaq) torpaqlarda tikinti aparılması cinayət sayılır. Torpağın təyinatı isə yalnız Baş Nazirin qərarı ilə dəyişdirilə bilər. 

Bizim.Media xəbər verir ki, məsələni araşdırarkən məlum oldu ki, faktiki çıxarış sənədlərində bu torpaqlar örüş torpaqları olaraq qeydiyyatdan keçib.

Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun örüş torpaqlarında tikinti aparmasına isə Kürdəmirin sabiq icra başçısı, Nəsimi rayonunda 47 günlük vəzifə görən Elxan İbrahmov icazə verib.

Kamal Kərimov isə Sor-sor və Çölərəb kəndlərində yerləşən 28 və 12 hektardan artıq torpaq sahələrində rahat şəkildə tikinti apara bilib və hazırda da ərazidə işlər davam etdirilir.

Ajans.az-ın əldə etdiyi məlumata görə vaxtilə Kəndə Təsərrüfatı Şöbəsinə rəhbərlik edən Cəfər İsmayılov və İcra Hakimiyyətinin digər rəsmi şəxsi Əziz Hacı da bu işdə rol alıblar. Ajans.az-ın baş redaktoru Tural Müseyibov tərəfindən Cəfər İsmayılova ünvanlanana sorğudan sonra Dövlət Əmlakının Kadastrı və Reyestri Xidmətinin rəsmi saytında elektron çıxarışların yoxlanılması zamanı torpaq sahələri barədə məlumat olsa da artıq bu məlumatların gizlədilməsi faktı ortaya çıxıb. İcra Hakimiyyətinin digər nümayəndəsi Əziz Hacı ilə əlaqə saxlamaq isə mümkün olmayıb.

Kənd Təsərrüfatı Nazirliyinə verilən sorğu zamanı məlum olub ki, Kamal Kərimovun rəhbəri olduğu Kürəmir Aqro MMC-nin icarəyə götürdüyü örüş torpaqları barədə məlumat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 29 oktyabr 2025-ci il tarixində qeydiyyatdan keçib. Amma bəyanları yoxdur.

QEYD:

Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən 12 hektardan artıq torpaq sahəsi (örüş, otlaq) 07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-58 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

Kürdəmir rayonu Çölərəb kəndində yerləşən 28 hektardan artıq torpaq sahəsi (örüş, otlaq)  07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-59 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun, sabiq icra başçısı Elxan İbrahimovla birgə bu işləri reallaşdırması barədə məlumatların doğru olub-olmamasını hüquq-mühafizə orqanları müəyyən edə bilər. Amma faktiki olaraq əldə etdiyimiz rəsmi sənədlərdə torpaq sahələrinin örüş sahələri olması, bir neçə gün öncə elektron çıxarışda bu faktın silinməsi, bu gün isə ümumiyyətlə çıxarışın it-bat ollması ilə rastlaşmışıq. Hazırda nə baş verir? Kürdəmir İcra Hakimiyyətinin zamanında səlahiyyət sahibi olan bu gün isə bir qədər zəif qalan məmurları nəyi gizlətməyə çalışır? Araşdırmamız davam edir. Bir sıra mühüm məqamları Ajans.az-ın baş redaktoru Tural Müseyibov video reportajda səsləndirib.
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qayınanası vəfat edən Əməkdar artist toyda GÖRÜNTÜLƏNDİ: “İkisini də yola verməliyəm” - VİDEO

Qayınanası vəfat edən Əməkdar artist toyda GÖRÜNTÜLƏNDİ: “İkisini də yola verməliyəm” - VİDEO

“Qarabağ” ilk dəqiqələrdə hesabı açdı - VİDEO

“Qarabağ” ilk dəqiqələrdə hesabı açdı - VİDEO

“Qarabağ” - “Ayntraxt” matçı BAŞLADI - CANLI

“Qarabağ” - “Ayntraxt” matçı BAŞLADI - CANLI

“Rusiya-Ukrayna münaqişəsi qısa müddətdə həll olunacaq” - Tramp

“Rusiya-Ukrayna münaqişəsi qısa müddətdə həll olunacaq” - Tramp

"Qalatasaray" - "Atletiko" matçının start heyətləri

"Qalatasaray" - "Atletiko" matçının start heyətləri

Müğənni Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama: "Pulu borc vermişəm"

Müğənni Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama: "Pulu borc vermişəm"

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub

Hər gün çimmək immuniteti zəiflədir? – Doğru bildiklərimizi alt-üst edən AÇIQLAMA

Hər gün çimmək immuniteti zəiflədir? – Doğru bildiklərimizi alt-üst edən AÇIQLAMA

Tramp Dünya İqtisadi Forumunda Azərbaycan və Ermənistan arasındakı sülhdən DANIŞDI - VİDEO

Tramp Dünya İqtisadi Forumunda Azərbaycan və Ermənistan arasındakı sülhdən DANIŞDI - VİDEO

“Qarabağ” - “Ayntraxt”ın oyununun START HEYƏTLƏRİ

“Qarabağ” - “Ayntraxt”ın oyununun START HEYƏTLƏRİ

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını DAYANDIRDI

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını DAYANDIRDI

Ordubadda ət satışı mağazasında nöqsanlar AŞKARLANDI - FOTO

Ordubadda ət satışı mağazasında nöqsanlar AŞKARLANDI - FOTO

İngiltərə klubunda ciddi itki

İngiltərə klubunda ciddi itki

Qarlı havaya görə məktəblər BAĞLANACAQ? - Rəsmi AÇIQLAMA

Qarlı havaya görə məktəblər BAĞLANACAQ? - Rəsmi AÇIQLAMA

"AnewZ" "Liviya Qəddafinin devrilməsindən 15 il sonra" adlı sənədli film HAZIRLADI - VİDEO

"AnewZ" "Liviya Qəddafinin devrilməsindən 15 il sonra" adlı sənədli film HAZIRLADI - VİDEO

Masazırda güclü yanğın olub - VİDEO

Masazırda güclü yanğın olub - VİDEO

DİQQƏT: Bakının bəzi ərazilərində sabah qaz olmayacaq

DİQQƏT: Bakının bəzi ərazilərində sabah qaz olmayacaq

“Trabzonspor”un futbolçusu Belçika KLUBUNDA

“Trabzonspor”un futbolçusu Belçika KLUBUNDA

71 yaşlı Samux sakini Gəncə xəstəxanasında həyatını itirdi

71 yaşlı Samux sakini Gəncə xəstəxanasında həyatını itirdi

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Trampdan Üçüncü Dünya müharibəsinə dair AÇIQLAMA - VİDEO

Trampdan Üçüncü Dünya müharibəsinə dair AÇIQLAMA - VİDEO

Rəqsanə mahnısını oxuyan müğənnidən bahalı ƏTİR İSTƏDİ - VİDEO

Rəqsanə mahnısını oxuyan müğənnidən bahalı ƏTİR İSTƏDİ - VİDEO

Zəbt edilən örüş torpaqları, yox olan "KUPÇA": Kürdəmir aqro araşdırma - FOTO/VİDEO

Zəbt edilən örüş torpaqları, yox olan "KUPÇA": Kürdəmir aqro araşdırma - FOTO/VİDEO

Ronaldonun heykəli yandırıldı - VİDEO

Ronaldonun heykəli yandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO