Bu gün yağan güclü yağışlar nəticəsində Masallı rayonunun bir neçə yaşayış məntəqəsində subasma halları qeydə alınıb.
Bizim.Media xəbər verir ki, xüsusilə rayonun Koltanlı kəndində yaranan subasması yaşayış evləri və ərazi üçün təhlükəli vəziyyət yaradıb.
Hazırda kənd ərazisi müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb, vəziyyətin ağırlaşmaması üçün zəruri tədbirlər görülür.
Sabutay, Bizim.Media, Cənub bürosu