Qanunsuz onlayn kazino oyunları təşkil edənlər tutuldu - VİDEO

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar.

Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokio”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.

Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.

Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

"Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik. Bu zaman kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və qanunsuz qumar oyunlarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz", - məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

ABŞ-da xəstələr üçün hipoimmun 3D-çaplı qaraciyər hazırlanır - İXTİRA

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Bütün siyasi partiyalar reyestrini yenilədi - RƏSMİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

“Ukrayna sülhə nail olmaq üçün ağır güzəştlərə getməlidir” – Çexiya prezidenti

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Bürclər sevgililərinə nəyi bağışlaya bilmirlər?

Bürclər sevgililərinə nəyi bağışlaya bilmirlər?

Bu dövlət işçilərinin geyim normaları dəyişdi - Baş nazirdən QƏRAR

Bu dövlət işçilərinin geyim normaları dəyişdi - Baş nazirdən QƏRAR

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi MƏLUM OLDU - FOTO

Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi MƏLUM OLDU - FOTO

MİQ imtahanının pullu olması ilə bağlı nazirlikdən AÇIQLAMA

MİQ imtahanının pullu olması ilə bağlı nazirlikdən AÇIQLAMA

Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO

Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəli YENİLƏNİR - FOTO

Bakının 22 küçə və prospektində SIXLIQ VAR

Bakının 22 küçə və prospektində SIXLIQ VAR

“Sabah”ın legioneri komandaya nə vaxt qoşulacaq?

“Sabah”ın legioneri komandaya nə vaxt qoşulacaq?

Rayonlarda distant təhsil BAŞLAYIR

Rayonlarda distant təhsil BAŞLAYIR

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Bayramlar üst-üstə düşərsə, məzuniyyət necə hesablanacaq?

Qanunsuz onlayn kazino oyunları təşkil edənlər tutuldu - VİDEO

Qanunsuz onlayn kazino oyunları təşkil edənlər tutuldu - VİDEO

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Bu işçilər ən azı 46 gün məzuniyyətdə ola biləcək – SİYAHI

Atalara ödənişli məzuniyyət veriləcək

Atalara ödənişli məzuniyyət veriləcək

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Belarasun daxili işlər naziri Azərbaycana gəldi – FOTO

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Azərbaycanda distant iş RƏSMİLƏŞDİ - Bu qaydada tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə ALINACAQ - RƏSMİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Xəzər Dəniz Gəmiçiliyinin sədri təyin olunan Əfqan Cəlilov kimdir? – DOSYE

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

Əfqan Cəlilov ASCO-nun sədri TƏYİN OLUNDU

End of content

No more pages to load

RADİO