İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.
Bizim.Media xəbər verir ki, onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Vəfatından sonra onun cənazəsi Azərbaycana gətirilib.
Bizim.Media