Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb – VİDEO

Naxçıvanın Aza kəndində qara canavarın görüntüləri yayılıb. Paylaşımı edən şəxs bildirib ki, bu heyvanı bölgədə ilk dəfə görür.

Qara canavar Naxçıvan faunası üçün yad heyvan sayılır?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, canavar itkimilər fəsiləsinə aid olub Avrasiya materikində yayılmış bir növdür:
 

"Bu növün əsas xüsusiyyətlərindən biri coğrafi zonalara uyğun ölçü fərqidir. Yəni şimala doğru getdikcə canavarlar daha iri, cənuba və isti qurşaqlara doğru isə nisbətən daha kiçik ölçülü olurlar. Azərbaycanda canavarlar demək olar ki, nival və subnival qurşaqlar istisna olmaqla bütün ərazilərdə yayılıb.


Onlar barədə səsləndirilən fikirlərin əksəriyyəti isə əfsanə xarakter daşıyır. Məsələn, canavarın boğaz və ya yeni doğulmuş heyvanlara toxunmadığı iddia edilir. Halbuki reallıqda canavar siçan və siçovuldan tutmuş boğaz, yeni doğulmuş heyvanlara qədər müxtəlif canlılarla qidalana bilir. Onun davranış sistemi kifayət qədər mürəkkəbdir. Bu xüsusiyyətlər təkamül prosesində formalaşan vərdişlər və qəbilə daxilindəki davranış modelləri ilə bağlıdır. Bütün bu xüsusiyyətlər təkamülün nəticəsidir".

Ekoloq bildirib ki, Azərbaycanda canavarlara tez-tez rast gəlinməsi ilə bağlı deyilənlər də düzgün izah edilməlidir:

"Canavar çox hərəkətli heyvandır. Bir gün ərzində Şəmkirdə, Gədəbəydə və Tovuzda görünməsi mümkündür. Gündə 100 kilometrə qədər məsafə qət edə bilər. O, bir yerdə sabit qalan heyvan deyil və yuva saldığı ərazidə ov etməməsi də yanlış şəkildə "humanistlik" kimi izah olunur. Əslində isə canavar yaxın ərazidəki heyvanları xəstə, halsız və ya boğazlıq dövründə ehtiyac yarandığı üçün "ehtiyat qida" kimi saxlayır, normal fiziki vəziyyətdə olduqda isə daha uzaq məsafələrdə ov edir. Heyvanlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər və iddialar da çox vaxt şişirdilir. Məsələn, İsmayıllıda qəfəsdə saxlanılan maralın videosu və ya hər hansı bir yerdə tapılan heyvan skeletinin "naməlum canlı" kimi təqdim edilməsi daha çox media, sosial şəbəkə marketinqinin nəticəsidir.
 

Naxçıvanda görüldüyü deyilən qara canavar məsələsi isə xüsusilə şübhəlidir. Sözügedən videonun harada çəkildiyi belə dəqiq bilinmir. Davranış baxımından itlə canavar arasında böyük oxşarlıqlar var.


Bu da təbiidir, çünki it canavarın əcdadıdır və genetik oxşarlıq 97-98 faiz təşkil edir. Videodakı heyvanın canavar olması şübhə doğurur. Təbiətdə qara rəngli canavarlara rast gəlinə bilər. Azərbaycanda isə əsasən boz rəngli canavarlar yayılıb. Qara canavarın ölkə ərazisində qeydə alınmış faktı yoxdur. Naxçıvanın təbiəti unikal olsa da, sözügedən heyvanın qara canavar olması ehtimalını real hesab etmirəm və daha çox itə bənzədiyi qənaətindəyəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir? - VİDEO

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir? - VİDEO

İzzət Bağırov: "Oğlu ilə dostam, amma özü ilə danışmıram"

İzzət Bağırov: "Oğlu ilə dostam, amma özü ilə danışmıram"

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini işğal etdi

Şəmil Sadiq: “Operativ Dil Mərkəzinin yaradılması zərurətə çevrilib”

Şəmil Sadiq: “Operativ Dil Mərkəzinin yaradılması zərurətə çevrilib”

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

Pezeşkian: “Xalqı dinləməyə və islahatlar aparmağa hazıram”

Pezeşkian: “Xalqı dinləməyə və islahatlar aparmağa hazıram”

Emin bacısının ad gününü belə təbrik etdi - VİDEO

Emin bacısının ad gününü belə təbrik etdi - VİDEO

İsrail İranla barışmağın şərtini açıqladı

İsrail İranla barışmağın şərtini açıqladı

Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - QALİBLƏRİN ADLARI - FOTO

Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - QALİBLƏRİN ADLARI - FOTO

“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO

“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir - VİDEO

“Heç vaxt yalnız pul üçün iş görməmişəm”

“Heç vaxt yalnız pul üçün iş görməmişəm”

Toyda qaz balonu partladı - Bəylə gəlin öldü - VİDEO

Toyda qaz balonu partladı - Bəylə gəlin öldü - VİDEO

Əraqçi ailəsi ilə Livana qaçıb?

Əraqçi ailəsi ilə Livana qaçıb?

İDDİA: Kadırov ağır vəziyyətdə XƏSTƏXANAYA QALDIRILDI

İDDİA: Kadırov ağır vəziyyətdə XƏSTƏXANAYA QALDIRILDI

Dişimiz ağrıyanda stomatoloqa, yoxsa psixoloqa GEDƏK? ­– Maraqlı HƏQİQƏTLƏR

Dişimiz ağrıyanda stomatoloqa, yoxsa psixoloqa GEDƏK? ­– Maraqlı HƏQİQƏTLƏR

İranda raket bölməsinin komandiri dronla öldürüldü

İranda raket bölməsinin komandiri dronla öldürüldü

Beyləqanda 5 nəfər tutuldu - 15 yaşlı qıza...

Beyləqanda 5 nəfər tutuldu - 15 yaşlı qıza...

Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

Bakıdan Ermənistana 979 ton Aİ-92 markalı benzin GÖNDƏRİLDİ - FOTO

Bakıdan Ermənistana 979 ton Aİ-92 markalı benzin GÖNDƏRİLDİ - FOTO

"Bu arıqlama iynəsi onların axırına çıxacaq"

"Bu arıqlama iynəsi onların axırına çıxacaq"

Bu ölkə də ÇALXALANIR - VİDEO

Bu ölkə də ÇALXALANIR - VİDEO

İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildi

İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildi

Bu ölkədə 2000-dən çox məhkum azadlığa buraxıldı

Bu ölkədə 2000-dən çox məhkum azadlığa buraxıldı

Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

End of content

No more pages to load

RADİO