Rusiyadan Putinin iqamətgahına “hücum”a SƏRT CAVAB – Lvova endirilən “Oreşnik” zərbəsinin ANBAAN VİDEOSU

Yanvarın 9-da gecə saatlarında Ukrayna ərazisində kritik əhəmiyyətli obyektlərə kütləvi zərbələr endirilib. 

Bizim.Medida xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hücumlar zamanı Rusiya Silahlı Qüvvələri “Oreşnik” raket kompleksindən də istifadə edib.

“Cinayətkar Ukrayna rejimi tərəfindən törədilən istənilən terror aktı bundan sonra da cavabsız qalmayacaq”, - deyə nazirlikdən bildirilib.
 

Nazirliyin məlumatına görə, bu zərbələr Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdinə cavab olaraq həyata keçirilib.


Ukrayna KİV-ləri isə Lvov vilayətinə “Oreşnik”lə zərbə endirildiyini yazıblar. 

Bildirilir ki, Ukrayna hərbçiləri dekabrın 29-na keçən gecə Novqorod vilayətində yerləşən Rusiya liderinin iqamətgahına hücum etməyə cəhd göstəriblər. Rusiya hava hücumundan müdafiə sistemləri USQ-ya məxsus 91 pilotsuz uçuş aparatını məhv edib. Hücum 13 saat davam edib.

Rusiya tərəfi baş verənləri terror aktı kimi qiymətləndirib. Moskva Kiyevə “qeyri-diplomatik” cavab veriləcəyini və danışıqlardakı mövqenin dəyişdiriləcəyini bəyan edib.

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov gecə saatlarında Ukrayna hərbçilərinin Novqorod vilayətində Rusiya dövlət başçısının iqamətgahına zərbə endirməyə cəhd göstərdiyini açıqlayıb.

O bildirib ki, Kiyev bu məqsədlə 91 pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün dronlar məhv edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edib.

ABŞ milli təhlükəsizlik rəsmiləri Ukraynanın Rusiya prezidenti Vladimir Putinə və ya onun heç bir yaşayış yerinə qarşı dron hücumları həyata keçirmədiyini bildiriblər. ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında Rusiyanın bu iddiasının uydurma olması ilə bağlı paylaşım edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına YEKUN VURULDU

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına YEKUN VURULDU

Zelenski Trampla İsveçrədə görüş planlaşdırır

Zelenski Trampla İsveçrədə görüş planlaşdırır

Qvardiolanın yerinə Xabi Alonso?

Qvardiolanın yerinə Xabi Alonso?

Tərtərdə minik avtomobili traktorun kotanına çırpılıb, bir nəfər ölüb

Tərtərdə minik avtomobili traktorun kotanına çırpılıb, bir nəfər ölüb

Salyanda ağır QƏZA: Sabiq baş həkim həyatını itirdi - FOTO

Salyanda ağır QƏZA: Sabiq baş həkim həyatını itirdi - FOTO

BMT İranda baş verən hadisələri diqqətlə İZLƏYİR

BMT İranda baş verən hadisələri diqqətlə İZLƏYİR

“Elə nömrəm olub ki, heç ailəm bilməyib” - VİDEO

“Elə nömrəm olub ki, heç ailəm bilməyib” - VİDEO

Bakıda bir taksi şirkəti fəaliyyətini dayandırır

Bakıda bir taksi şirkəti fəaliyyətini dayandırır

“Fənərbağça”nın qapıçısı bu kluba keçdi

“Fənərbağça”nın qapıçısı bu kluba keçdi

"Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"

"Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"

Gəncədə iki maşın toqquşdu, iki nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə iki maşın toqquşdu, iki nəfər xəstəxanalıq oldu - FOTO

Şəfiqə Nağıyevanın ad gününü efirdə QEYD ETDİLƏR - VİDEO

Şəfiqə Nağıyevanın ad gününü efirdə QEYD ETDİLƏR - VİDEO

Rza Pəhləvi Trampa ÇAĞIRIŞ ETDİ

Rza Pəhləvi Trampa ÇAĞIRIŞ ETDİ

Qışda uşaqlara BU QİDALARI mütləq verin

Qışda uşaqlara BU QİDALARI mütləq verin

Əqli Mülkiyyət Agentliyindən “Sarı gəlin” Azərbaycan xalq mahnısı barədə ŞƏRH

Əqli Mülkiyyət Agentliyindən “Sarı gəlin” Azərbaycan xalq mahnısı barədə ŞƏRH

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesueladadır

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesueladadır

Atlantik okeanında saxlanılan “Marinera” tankerinin heyəti arasında ukraynalılar da var

Atlantik okeanında saxlanılan “Marinera” tankerinin heyəti arasında ukraynalılar da var

İrandan köç başladı - Soydaşlarımız Tehranı tərk edir

İrandan köç başladı - Soydaşlarımız Tehranı tərk edir

“Beşiktaş” İngiltərədən müdafiəçi GƏTİRİR

“Beşiktaş” İngiltərədən müdafiəçi GƏTİRİR

Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ

Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ

Pensiyalar GECİKƏCƏK - Bu tarixdə veriləcək

Pensiyalar GECİKƏCƏK - Bu tarixdə veriləcək

Niyaməddin Musayev Rafet El Romanla bir araya GƏLDİ - VİDEO

Niyaməddin Musayev Rafet El Romanla bir araya GƏLDİ - VİDEO

İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlandı - FOTO

İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlandı - FOTO

Gəncə Gömrük İdarəsinə YENİ RƏİS təyin edildi

Gəncə Gömrük İdarəsinə YENİ RƏİS təyin edildi

End of content

No more pages to load

RADİO