Şəkidə 25 sm qar yağdı.
Gecə saatlarında Şəkinin Şin kəndinə 25 sm qar yağıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qarın yağması ən çox uşaqları sevindirib.
Belə ki uşaqlar valideynləri tərəfindən hazırlanmış xizəklərlə sürüşür, əylənirlər. Bu görüntülər nostalji hisslər yaradıb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu