Lazer epilyasiya sahəsində fəsadlar, şikayətlər artıb.
Bizim.Media xəbər verir ki, bunu “Xəzər Xəbər”ə Həkim-dermatoloq Sevda Səmədova bildirib.
Onun sözlərinə görə, bu sahəyə nəzarət gücləndirilməlidir. Çünki lisenziyasız, serfikasiyadan keçməyən və həkim olmayanlar az deyil.
Bəs, bu sahəyə nəzarət mexanizmi necədir? Qeyri-rəsmi fəaliyyətdə olan mərkəzlər necə aşkar edilir?
Səhiyyə nazirliyinin Analitik ekspertiza mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, yalnız şikayət əsasında yoxlama həyata keçirilə bilər.
Analitik Ekspertiza Mərkəzi bir daha vətəndaşlara belə mərkəzlərdə, özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin rəsmi səhifəsinə və ya qaynar xəttinə müraciət etməyi tövsiyə edir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media