“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus” balansında olan “İveco” markalı avtobusların bir qisminin iki ildən artıqdır ki, qarajlarda saxlanıldığı və xəttə buraxılmadığı bildirilir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb.

Videonu çəkən şəxs xaricdən olduqca yeni görünən bu avtobusların baxımsız vəziyyətdə qalmasının əvəzinə, xüsusilə Bakının kənd və qəsəbə marşrutlarında istifadəsini tövsiyə edir.

Televiziya əməkdaşları sözügedən video əsasında həmin ünvana yollanıb. Jurnalistlər qarajda onlarla avtobus dayandığını görüb.
 

Ərazidə çəkiliş aparmağa icazə verilməyib. Bununla belə, məlum olub ki, ərazi “İveco” şirkətinin avtobuslarının təmir mərkəzidir. Başqa sözlə, bu qədər avtobusun hansısa bir texniki nasazlığı var və təmirdədir.


Məsələ ilə bağlı "BakuBus" MMC-dən isə bildirildi ki, bu şirkətin istismarında olmuş “İveco” markalı avtobuslar 2015-ci ildə istismara verilib və müvafiq müqavilə şərtlərinə əsasən bu nəqliyyat vasitələri üçün istismar müddəti 10 il müəyyən edilib. Bu səbəbdən “İveco” avtobuslarının Azərbaycanda rəsmi nümayəndəyi tərəfindən aparılan diaqnostika və texniki baxışın, habelə beynəlxalq qiymətləndirici qurum tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri nəzərə alınaraq, sözügedən avtobusların gələcək istismarı ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, rəsmi məlumatlara görə, “BakuBus” parkına “İveco” markalı avtobuslar əsasən Avropa Oyunları ərəfəsində, 2014-2015-ci illərdə gətirilib. Həmin dövrdə ümumilikdə 302 ədəd “İveco” markalı avtobus alınaraq istismara verilib.

Bakıya gətirilən birinci mərhələdə 151 ədəd “İveco” avtobusları üçün bağlanan müqavilənin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edib.

Bu avtobuslar əsasən yüksək sərnişin tutumuna malik şəhər marşrutları üçün nəzərdə tutulub. Beynəlxalq yanaşmalara əsasən, şəhər avtobuslarının texniki ömrü 15-20 il, real istismar müddəti isə əksər hallarda 12-15 il hesab olunur. Başqa sözlə, 10-11 illik avtobuslar texniki baxımdan avtomatik olaraq istismara yararsız sayılmır. Təcrübədə belə hallarda çıxış yolu kimi avtobusların texniki vəziyyəti imkan verdiyi təqdirdə daha az yüklənən marşrutlara, o cümlədən şəhərkənarı və qəsəbə xətlərinə yönləndirilməsi variantı da nəzərdən keçirilir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi

Cevdet Yılmaz Azərbaycana gəldi

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Zaqatalada meşədə meyit tapıldı

Zaqatalada meşədə meyit tapıldı

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

End of content

No more pages to load

RADİO