Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında dava düşüb.
Bizim.Media “Sözcü” qəzetinə istinadən xəbər verir ki, hadisə 2026-cı il üçün dövlət büdcəsinin müzakirəsi zamanı baş verib.
Belə ki, müzakirələr bitdikdən sonra deputatlar arasında mübahisə yaranıb. Tərəflər arasındakı gərginlik daha sonradan kütləvi davaya çevrilib. Davanı yalnız digər deputatların müdaxiləsindən sonra dayandırmaq mümkün olub.
Büdcə təklifi isə 320 deputat lehinə, 249 deputat isə əleyhinə olmaqla qəbul edilib.
Hadisənin görüntülərini təqdim edirik:
Bizim.Media