Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı – NASCO XXVIII-in açılış mərasimi baş tutub.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. Rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir.
Ətraflı videosüjetdə:
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media