İki günlük fasilədən sonra şimal bölgəsinin dağlıq ərazilərinə qar yağmağa başlayıb.
Bizim.Media xəbər verir ki, Qusarın Ləzə kəndinə də səhər saatlarından qar yağır.
Havanın temperaturu bu gün -3 dərəcəyə düşüb.
Bölgənin digər yaşayış məntəqələrində hazırda çiskin, dumanlı və yağıntılı hava müşahidə edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu