Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "VAZ 2111", "VAZ2106" və "Mercedes" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza zamanı bir nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ona ambulator yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.