ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin sona çatdırılması ilə bağlı mümkün Nobel Sülh Mükafatını şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Kabinet iclasında danışıb.
“İndi deyirlər: “Əgər o, bir gün Rusiya və Ukrayna arasındakı müharibəni sona çatdırsa, ona Nobel mükafatı verəcəklər”.
Bəs digər səkkiz müharibə nə olacaq? Mən hər başa çatdırdığım müharibəyə görə Nobel mükafatı almalıydım, amma çox da bu barədə istəkli görünmək istəmirəm”, — deyə Tramp bildirib.
Bizim.Media