Braziliyanın şimal-şərqində yerləşən Joao-Pessoa şəhərində faciə baş verib.
Bizim.Media xəbər verir ki, zooparka gələn 19 yaşlı gənc özbaşına altı metrlik hasarı aşaraq ağacdan enib və şirin yerləşdiyi qəfəsə daxil olub.
Yırtıcı qəfil yaxınlaşan insanı təhlükə kimi qəbul edərək ona hücum edib.
Gənc aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. İlkin məlumatlara görə, onun psixi pozuntularının olduğu ehtimal edilir.
Bizim.Media