"Hər kəs su, çörək, qaz, benzin və ictimai əhəmiyyətli malların israfından çəkinməlidir. Ölkə üçün ən ciddi təhlükə və itkilərdən biri israfçılıqdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri İranın ali dini rəhbəri Əli Xamenei bildirib.
Onun fikrincə, israfçılıq olmasaydı, ölkədə vəziyyət xeyli yaxşılaşardı.
"Allahla əlaqənizi gücləndirin, Uca Allahdan yağış, əmin-amanlıq, bərəkət, hər şey istəyin. Allaha üz tutun. Dua ilə Ona tərəf dönün. Uca Allah bütün problemlərin islahı üçün vasitələr verəcək", - Xamenei əlavə edib.
Bizim.Media