Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.
Bizim.Media xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.
Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt edib. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən də qeyd edildi ki, ərazinin çıxarışı var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq. Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğluya da zəng etdik.
O bildirdi ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikinsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media