Sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadaraq pul alan 4 nəfər tutuldu – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər - Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar.


Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər.

C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə “whatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər.

Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib.

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib.

Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.
 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.


"Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik", DİN-dən bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yadigar Muradovun beyninə qan sızdı

Yadigar Muradovun beyninə qan sızdı

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Bakıda taksidən meyit tapıldı

Bakıda taksidən meyit tapıldı

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO

Baş nazirin birinci müavini istefa ərizəsi yazdı – FOTO

Qubada FACİƏ – Yolu keçən Hindistan vətəndaşını avtomobil vurub öldürdü

Qubada FACİƏ – Yolu keçən Hindistan vətəndaşını avtomobil vurub öldürdü

"Napoli" - "Qarabağ" oyununa bilet satışı dayandırılır - TARİX AÇIQLANDI

"Napoli" - "Qarabağ" oyununa bilet satışı dayandırılır - TARİX AÇIQLANDI

Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO

Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO

End of content

No more pages to load

RADİO