Avstraliyanın Yeni Cənubi Uels ştatında avtodromda insident baş verib. İdarəetməni itirən yarış avtomobili baryeri yararaq tamaşaçıların olduğu tribunanın üzərinə çırpılıb. Hadisə yürüş zamanı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə 7News məlumat yayıb.
Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan biri kritik vəziyyətdədir, daha üç nəfərin isə ağır yaralandığı bildirilir.
Bizim.Media