Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
Qeyd edək ki, gecə saatlarında Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib.
Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.






Bizim.Media