Qubada toy karvanında avtomobildən yola pul səpilməsi faktı araşdırılır.
Bu barədə DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya məlumat verilib.
“Hazırda həmin hərəkəti edənlərin kimliyi araşdırılır,əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qubada toy karvanında bəzi sürücülərin avtoxuliqanlıq etməsi və yola pul səpməsi ilə bağlı görüntülər yayılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu