Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən Moskvadakı Trekurovski qəbiristanlığında Rusiya dövlətinin yüksək vəzifəli nümayəndəsinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı FTX-yə istinadən məlumat yayıb.
Məlumata görə, sui-qəsddə üç nəfər – rusiyalı ər-arvad və Mərkəzi Asiya ölkələrindən birindən olan bir miqrant saxlanılıb.
Əməliyyat zamanı messencerlərdə Ukrayna xüsusi xidmət əməkdaşı ilə yazışmalar, həmçinin güldan kimi maskalanmış, uzaqdan idarə olunan videomüşahidə kamerası aşkarlanıb.
Hücum onun Moskva qəbiristanlığındakı qohumlarının məzarı önündə güldanda gizlədilmiş videokameradan istifadə edilməklə planlaşdırılıb.
Bizim.Media