Türkiyənin Bursa şəhərində bir gözəllik mərkəzi işçi olaraq Çindən robot gətirib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursada fəaliyyət göstərən bir gözəllik salonunda Çindən gətirilən 5 milyon lirə dəyərindəki robot gələn müştəriləri qapıda qarşılayır.
Vətəndaşların böyük marağına səbəb olan robot qısa müddət ərzində salonun maskotuna çevrilib.
Robotu görmək üçün gözəllik salonuna axın edənlər onunla şəkil çəkdirib sosial mediada paylaşırlar.
Salon sahibinin sözlərinə görə, robot həm işlərini asanlaşdırıb, həm də uğurlu reklam obrazı yaradıb.
Bizim.Media