ABŞ Senatında şatdauna son qoymaq üçün güzəştli maliyyələşdirmə layihəsi üzrə səsvermə keçirilib.
Bizim.Media “Fox News”a istinadən xəbər verir ki, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.
Daha əvvəl də elan etdikləri kimi, Demokratlar Partiyasından olan 8 senator səsvermə zamanı layihəni dəstəkləyib. Səsvermə yerli vaxtla bazar günü axşam saat 20:00 radələrində başlayıb və 3 saata yaxın davam edib. Həftəsonu olduğundan 60 səsli baryeri keçmək üçün bəzi senatorların səsverməyə qatılması zaman alıb.
Bu səsvermə hökumətin açılması demək deyil, lakin bu istiqamətdə həlledici addımdır.
Şatdaunun ləğvi üçün layihə Nümayəndələr Palatasında səsverməyə çıxarılmalı və Prezident tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, layihə hökumətin ilin sonuna kimi maliyyələşməsini nəzərdə tutur.
Xatırladaq ki, ABŞ-da şatdaun 1 oktyabrda başlayıb. Şatdauna Demokratlar və Respublikaçılar arasında Obamacare subsidiyaları və Medicaid maliyyələşdirməsi ilə bağlı fikir ayrılıqları səbəb olub.
Bizim.Media