Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında şəhid olan Neftçala rayonu Qaçaq kənd sakini Allahverdiyev Teymur Qüdrət oğlunun nəşi 33 il sonra doğulduğu kəndə gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Teymur Allahverdiyev 1992-ci ilin yanvarında bir qrup Əfqanıstan müharibəsi iştirakçısı ilə birlikdə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. 
O, Daşaltı istiqamətində gedən döyüşlərdə düşmənlə sona qədər vuruşaraq 18 silahdaşı ilə birgə qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi bu gün Qaçaq kənd qəbiristanlığında torpağa tapşırılacaq. 
Sabutay, Bizim.Media, Cənub bürosu
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						