“Avrora Qrup" şirkətinin prezidenti, tanınmış iş adamı Ceyhun Abbasovun sosial şəbəkələrdə maraqlı videosu tirajlanıb.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, sözügedən görüntülərdə Ceyhun Abbasov insan taleyinin eniş-yoxuşundan, fani dünyadan giley-güzar edən və insan amilinin böyüklüyündən bəhs edən şeir səsləndirir. 
Maraqlıdır, ölkənin ən böyük iş adamlarından biri olan Ceyhun Abbasovu bu qədər kövrəkliyə sövq edən hansı amillərdir? 
Görəsən o nədən narazıdır?
Qeyd edək ki, həmin şeirin müəllifi gənc şair Xəlil Adıgözəldir. 
Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						