Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO/VİDEO

Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə oktyabrın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.

Bizim.Media xəbər verir ki, tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün tərəfindən oxunub.

Birol Akgün bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir.

Onun sözlərinə görə Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir:

"Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək", - deyə səfir vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu:

“Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, müasir dövrün görkəmli siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib:

“Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir”.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq.

Sədr qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

Qeyd edək ki, rəsmi qəbulda Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, media subyektlərinin nümayəndələri iştirak ediblər.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onun da adı Şöhrət Zalına DAXİL EDİLDİ

Onun da adı Şöhrət Zalına DAXİL EDİLDİ

Xına qaraciyər xəstəliklərini SAĞALDIR

Xına qaraciyər xəstəliklərini SAĞALDIR

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ - VİDEO

Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ - VİDEO

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi - FOTO

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi - FOTO

Taekvondoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Taekvondoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO/VİDEO

Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO/VİDEO

Daha bir ərazidə söküntü başlayır, sakinlərə kompensasiya ödəniləcək - VİDEO

Daha bir ərazidə söküntü başlayır, sakinlərə kompensasiya ödəniləcək - VİDEO

Endrik “Real”dan ayrıla bilər

Endrik “Real”dan ayrıla bilər

Suriya Kosovonun müstəqilliyini TANIDI

Suriya Kosovonun müstəqilliyini TANIDI

Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

Sakinlərin NƏZƏRİNƏ: Sabah 09:30-dan etibarən…

ABŞ sanksiyaları Rusiyadan neft daşıyan tankerlərin marşrutlarını dəyişir - KİV

ABŞ sanksiyaları Rusiyadan neft daşıyan tankerlərin marşrutlarını dəyişir - KİV

“Qarabağ" - “Çelsi” görüşünə 22 500 bilet SATILDI

“Qarabağ" - “Çelsi” görüşünə 22 500 bilet SATILDI

Tamerlan Məmmədov dövlət qulluqçusu imiş - Saçları keçəl edilən qadın DANIŞDI - FOTO

Tamerlan Məmmədov dövlət qulluqçusu imiş - Saçları keçəl edilən qadın DANIŞDI - FOTO

Smartfondan istifadə bu xəstəliyə səbəb olur - Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Smartfondan istifadə bu xəstəliyə səbəb olur - Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Azərbaycan Kubokunda 1/8 finalçılar müəyyənləşdi - VİDEO

Azərbaycan Kubokunda 1/8 finalçılar müəyyənləşdi - VİDEO

Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

Soçi və Trabzon arasında bərə əlaqəsi BƏRPA OLUNDU

Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - VİDEO

Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - VİDEO

PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

Cəlilabadda bələdiyyə sədri VƏFAT ETDİ

Cəlilabadda bələdiyyə sədri VƏFAT ETDİ

Belqorod merinin avtomobilinə dron düşdü - FOTO

Belqorod merinin avtomobilinə dron düşdü - FOTO

Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

Vinisius “El Klasiko”dakı hərəkətinə görə ÜZR İSTƏDİ

MEDİA: BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti QEYRİ-QANUNİDİR

MEDİA: BBC-nin Azərbaycan Nümayəndəliyinin ölkədə fəaliyyəti QEYRİ-QANUNİDİR

Sahibə Qafarova Tacikistan Ali Məclisinin sədri ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTO

Sahibə Qafarova Tacikistan Ali Məclisinin sədri ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTO

Şəbnəm 250 minə maşın, 800 minə ev aldı - VİDEO

Şəbnəm 250 minə maşın, 800 minə ev aldı - VİDEO

End of content

No more pages to load

RADİO