Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 10-FB-299 dövlət qeydiyyat nişanlı VAZ-21099 nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media