Parisdəki Şarl de Qoll hava limanında Luvr muzeyinin soyulmasında şübhəli bilinən şəxslərdən biri saxlanılıb. O, Əlcəzairə uçmağa cəhd göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Hadisə ilə bağlı ümumilikdə dörd nəfər şübhəli var. İkisi birbaşa icraçı, ikisi isə onlara kömək edən şəxsdir.
Oğurluq nəticəsində dəymiş zərərin məbləği 88 milyon avro olaraq qiymətləndirilir. Hadisə ilə bağlı istintaqa 100-dən çox müstəntiq cəlb olunub.
Figaro qəzeti isə yazır ki, Luvr muzeyinin qarətində şübhəli bilinən iki nəfər saxlanılıb və həbs edilib.
Bizim.Media