Rusiya prezidenti Vladimir Putin hərbi geyimdə birləşdirilmiş qoşun qruplaşmasının idarəetmə məntəqəsini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, prezident Baş Qərargah rəisi Valeri Gerasimov və döyüş əməliyyatları zonasına cəlb olunan komandanlarla müşavirə keçirib. Onlar təmas xəttindəki vəziyyət barədə hesabat veriblər.
Ayrı bir məruzə Kupyansk və Krasnoarmeysk istiqamətlərinə həsr olunub.
Peskovun dediyinə görə, orada təxminən 10,5 min ukraynalı hərbçi mühasirədədir.
Putin xüsusilə vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri hərbçilərinin təslim olması üçün şərait yaradılmalı, bu da insan itkilərinin minimuma endirilməsi məqsədi daşıyır.
O əlavə edib ki, Rusiya ordusu həmişə düşmənə qarşı mərhəmətlə davranıb və bundan sonra da bu prinsiplə hərəkət etmək lazımdır.
Bizim.Media