Dənizkənarı Bulvarda yeni tərtibatda və müasir dizaynda yaradılmış əyləncə zonası ənənəvi məkanında ziyarətçilərin ixtiyarına verilir.
Bizim.Media xəbər verir ki, yeni attraksionlar əvvəlki yerində fəaliyyətə başlayır.
Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub. Belə ki, kassa ilə yanaşı, bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür.
Bu sistem həm insan sıxlığının idarə oıunmasına, həm də şəffaflığa xidmət edir.
Attraksionlar bütün texniki normalara, müasir tələblərə cavab verir. Buna baxmayaraq, gündəlik əsasda teniki baxış həyata keçiriləcək.
Təhlükəsizliklə bağlı bütün texniki reqlametlərin tələblərinə riayət olunub.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media