ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.
Bizim.Media xəbər verir ki, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldırıblar və Trampın çıxışını yarıda kəsiblər. İnsidentə yol verən deputatlar dərhal parlament zalından çıxarılıblar.
"Bu çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib.
Bizim.Media