Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.
Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib.
Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, zərərin böyük hissəsini qara tüstü bürüyüb.
Bizim.Media